Zaur Kamal verilişinin bağlanmasından danışdı - "İstirahət edirəm və..."

 09:55 08.07.2021     541

Bir neçə gündür aparıcı Zaur Kamalın verilişi yayımlanmır. 

Redaktor.az xəbər verir ki, həftə içi hər axşam “ARB” kanalında ekranlara gələn “Həmin Zaur” proqramının bağlandığı deyilir. 

Verilişin yayımının dayandırılması ilə bağlı saytımıza açıqlama verən Zaur Kamal bildirib ki, veriliş bağlanmayıb, tətilə çıxıb. 

"Yayı yaxşı istirahət edək, yeni sezondan daha güclü formada tamaşaçıların qarşısında olacağıq".

Qeyd edək ki, uzun müddətdir ekranlara gələn “Həmin Zaur” verilişi musiqili əyləncəli proqramdır.

Şəbnəm Mehdizadə