Bir ildə dörd dəfə ata oldu

Müğənni-bəstəkar Meray Keri ilə evliliyindən bir qız və əkiz oğlu olan aktyor Nik Kannon bir il ərzində dörd dəfə ata olub.
Redaktor.az xəbər verir ki, 40 yaşlı aktyor bir ildə üç fərqli qadından 4 uşaq sahibi olub. Ümumilikdə 7 uşaq atası olan Nik bundan xoşbəxt olduğunu dilə gətirib:
"Bütün uşaqlarıma istəyərək sahib oldum. Onların heç biri təsadüfən olmayıb".
Nikin il ərzində bu qədər çox körpəsi olması birmənalı qarşılanmayıb. Nik ona ünvanlanan tənqidlərə "İstəsəydim bir il içində daha çox uşaq sahibi olardım, amma bunu istəmədim" deyə, cavab verib.
Qeyd edək ki, Nik Kannon sonuncu övladı 23 iyun tarixində dünyaya gəlib. Körpənin anası model Alissa Skottdur. Bundan 9 gün əvvəl isə DJ Ebbi De La Rosa ilə münasibətlərindən Zion və Zillion adlı əkiz oğlu doğulub.
Onun Merayla evliliyindən də Skott və Monroe adlı biri qız və digəri oğlan olan əkizi var. //Axşam.az.