Flora Kərimova ilə bağlı üzücü xəbər - AĞIR İTKİ

 04:35 10.07.2021     743

Xalq artisti Flora Kərimova nəvəsini itirib.

Redaktor.az xəbər verir ki, müğənninin qızı Zümrüdün övladı doğulmamış dünyasını dəyişib. Kərimova bu haqda "Xəbər-ətər" verilişində deyib:

"Balamı, Floranı itirdim. Ondan sonra başa düşdüm ki, xoşbəxtlik sakitlik sevir. Bəzi insanlar var ki, ürək açıb demək onlara ağırdır. kaş onu açıb deməzdim. İndi qızım əziyyət çəkir. Qızımın gözəl ailəsi var. Qayınanası onu mənim kimi sevgi əhatəsinə alıb. Amma qanadım sındı. Qızım mənimlə çox pozitiv danışır. Qayınanası isə deyir ki, gizli-gizli ağlayır. Balamın balası yoxdur, özü də əziyyət çəkir.

Bunu açıqladım, çünki əvvəldən demişdim. hamıda soruşurdu ki, Flora doğuldu, nəvəniz oldu? Bunu yaşamamaq üçün açıqladım. Nə olursa-olsun nəvəmin olacağına inanıram. Balaca Floranın ətəyimdən tutub gəzməsini hiss edirəm. Heç bir ana balasından dərd çəkməsin".

Qeyd edək ki, F.Kərimovanın qızı Zümrüd xaricdə ailə qurub və orada yaşayır. //Axşam.az.

Millət vəkili korrupsioner məmurları ifşa etdi - "SƏNİN DƏDƏNİN YERİDİR?" / VİDEO

 11:00 10.07.2021     2718

Redaktor.az-ın “Bizim Müsahib” rubrikasının növbəti qonağı millət vəkili Rüfət Quliyev olub. 

Millət vəkili müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub. O, ölkədə işini düzgün görməyən, dövlətin müxtəlif işlər üçün ayırdığı pulları havaya sovuran məmurları ifşa edib. Həmçinin, sözügedən məmurların vətəndaşlarla pis rəftar etdiyini, onları dinləmədiyini, problemlərini həll etmədiyini bildirib.

Sözügedən müsahibəni təqdim edirik: