Aysel keçmiş həyat yoldaşını məhkəmə ilə hədələdi

 15:44 10.07.2021     180

Şairə Aysel Nəcəfli ilə keçmiş həyat yoldaşı, müğənni Elnar Xəlilov arasındakı qalmaqal bitmək bilmir.

Redaktor.az xəbər verir ki, Aysel keçmiş əri ilə bağlı paylaşım edərək, onu polislə hədələyib. O bildirib ki, Elnar İnstaqramda canlı yayıma girərək, onunla bağlı xoşagəlməz sözlər səsləndirib: 

"Artıq səni polisdə deyil, məhkəmədə süründürəcəm. Əgər bir kişi övladımın anasıdır deyib, ağzını yummursa, mən niyə övladımın atasıdı deyib, susum? Niyə təhqirlərə göz yumum? Məndə videoların var. Dediyin hər bir kəlmənin  cavabını verəcəksən. Get həyatını yaşa, məndən nə istəyirsən? Niyə problemi İnstaqramda və verilişlərdə həll edirsən? Niyə haqqımda iyrənc danışırsan? Çünki Aysellə bağlı istədiyini əldə edə bilməmisən.

İnsanlar, kamera önündə danışan Elnar Xəlilova inanmayın, maskalanır. Daxildə tam başqa adamdır. Efirdə özünü başqa göstərir. Dediyim, yazdığım hər kəlmənin doğrulugunu göstərən əlimdə dəlillərim var.

Anası hər dəqiqə Elnara qız şəkilləri göstərirdi ki, evlənsin. Sususrdum. Axırda Elnar demişdi ki, ana, fərqindəsənsə evliyəm. Heç bir qadın kefindən ayrılmır.

Efirdə yalandan uşaqdan danışır. Amma vecinə deyil ki, uşaq acdı, ya tox. Hamısını Aysel edir. Çünki sən reytinq olan söz danışacaqsan. Ayrılanda anan da, sən də dediniz ki, mənə uşaq lazım deyil. Uşağa görə həyatımı bitirməyəm, evlənəcəm". //Axşam.az.