Flora Kərimovadan müğənnilərə: "UTANMIRSIZ?"

 17:22 10.07.2021     186

Xalq artisti Flora Kərimova müğənniləri tənqid edib.

Redaktor.az xəbər verir ki, ifaçı bu haqda "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, sənət adamları qazi, şəhid ailələrinin xoş gününə pulsuz gedib, sonra onu reklam edirlər:

"İnstaqramda oxudum ki, müğənnilər gedirlər qazi, şəhid ailələrinin xoş gününə. Deyirlər pulsuz getdim. Utanmırsız? O, canından keçəndə soruşurdu nə qazanacam? Bunu dilə gətirmək olmaz. Bəs, onların ailəsi? Qazini ailə başçısı görür, əlsiz, ayaqsız. Kiməsə minnət qoyursuz. Yaxşılıq itirirlər. Allahdandır insansevərlik, düşüncə. Allah ya verir, ya vermir. Qurbanolduğum yaratdığını sevirsə, ona mükəmməllik, düşüncə verir. Birini gözdən salmaq istəyirsə, ağlını, düşüncəsini əlindən alacaq". //Axşam.az.