Ancelina Pittlə biznes ortaqlığına son qoymaq istəyir

 07:48 12.07.2021     124

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittlə biznes ortaqlığına son qoymaq istəyir.

Redaktor.az xəbər verir ki, övladlarının qəyyumluğunun ortaq verilməsi qərarının ardından apelyasiyaya baş vuran aktrisa Bredlə biznes əlaqələrini də sonlandırmaq üçün məhkəməyə müraciət edib.

Fransadakı üzüm bağlarını satmaq istəyən 46 yaşlı aktrisa birgə mülklərinin satışına qoyulan müvəqqəti qadağanın ləğvi tələbi ilə məhkəməyə yeni sənədlər təqdim edib. Ulduzun Fransadakı "Chateau Miraval" şərab şirkətindəki payını satmaq istədiyi qeyd olunur.

Colinin 2 il ərzində payını birbaşa Pittə satmağı müzakirə etdiyi deyilsə də bu nəticə verməyib. Gələcək alıcı ilə satış fürsətini itirə biləcəklərini irəli sürərək vəkillər məhkəmə prosesini sürətləndirib. Məhkəmə 22 sentyabrda keçiriləcək.

Qeyd edək ki, cütlük sözügedən ərazini 2011-ci ildə 60 milyon dollara satın alıb. //Axşam.az.