MakSimin son vəziyyəti necədir?

 08:39 12.07.2021     657

MakSim adı ilə tanınan rusiyalı müğənni Marina Abrosimovanın vəziyyəti ağır olaraq qalır.

Redaktor.az xəbər verir ki, TASS-a müğənninin piar-meneceri Yana Boquşevskaya deyib.

"Marina hazırda bir az daha yaxşıdır, amma vəziyyəti ağır olaraq qalır. Süni ağciyər ventilyasiyası aparatından ayrılması barədə hələ söhbət yoxdur" deyə, o bildirib.

Boquşevskaya müsbət dinamika barədə danışmağın hələ tez olduğunu vurğulayıb.

Qeyd edək ki, MakSimin koronavirus testinin nəticəsi neqativ çıxıb. //Axşam.az.