Mətanət Əsədova intihara cəhd edib

 15:53 12.07.2021     372

Müğənni Mətanət Əsədova səhhəti ilə bağlı yaşadığı problemlərdən danışıb.

Redaktor.az xəbər verir ki, “Zaurla Günaydın” verilişinə qatılan ifaçı səsində yaranan problemlərə görə uzun müddət özünə qapandığını və bir neçə dəfə dəfə özünü öldürmək istədiyini deyib:

“Səsim üçün ağlayıram. Bu səsdən yenə olsa, göz yaşı tökmərəm. Amma təkrar gəlməyəcək. Bir ildir ki, əzab çəkirəm.

Hər xanım xoşbəxt olmaq istəyər. Allahdan onu diləmirəm. Deyirəm, canımı al, lakin səsimə dəymə. Uzun müddətdir, sanki ölmüşəm.

Hətta demək istədiklərimi də yazırdım, səsim çıxmırdı. Zəng edənlərlə danışmırdım, kimsəni görmürdüm. Söyləyirdim ki, mənə dua edin.

Dəfələrlə özümü öldürmək istəmişəm. Çoxmərtəbəli binadan özümü atmağı planlamışam”. //BAKU.WS