Nadir Qafarzadə cihada çağırış edib? - FOTO / AÇIQLAMA

 15:58 12.07.2021     402

“Pantural” kimi tanınan məşhur bloqerin (Tural Səfərov) dünən İnstaqramda paylaşdığı videoda səsləndirdiyi fikirlər cəmiyyətdə ajiotaja səbəb olub. Belə ki, o, kişilərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Redaktor.az xəbər verir ki, bloqeri qınayanlarla yanaşı onun bu fikirlərini dəstəkləyənlər də olub.

Tanınmış müğənni Nadir Qafarzadə də  bu fikirləri dəstəklədiyinə görə tənqid atəşinə məruz qalıb.

O, sözügedən paylaşıma yazılan şərhlərdən birni bəyənib. Həmin şərhdə qeyd olunub ki, əgər bloqer həbs olunarsa “qeyrət cihadı" ediləcək.

Lakin sonradan bu şərh sosial mediada Nadir Qafarzadənin paylaşımı kimi təqdim olunub. 

Mövzu ilə bağlı saytımıza açıqlama verən müğənni bildirib ki, o, belə bir paylaşım etməyib. Sadəcə paylaşıma yazılan şərhlərdən birni bəyənib:

“O yazı mənə aid deyil. Mən sadəcə şərhi bəyənmişəm. Burada nə var ki?!”

2