"Bir zamanlar Çukurova"nın aktrisası onunla sevgilidir

Aktrisa Hilal Altınbilek yazıçı Metin Hara ilə eşq yaşayır.
Redaktor.az xəbər verir ki, cütlük Bozcaada əl-ələ görüntülənib. Onların yaxın vaxtlarda münasibətlərini açıqlayacaqları düşünülür.
Sosial şəbəkələrdə Hilal Metinin keçmiş sevgilisi Adriana Limaya da bənzədilir.
Qeyd edək ki, Hilal Altınbilek "Bir zamanlar Çukurova"da baş rollardan birini canlandırır. //Axşam.az.