Ana olmaq istəyən müğənni 16 kiloqram kökəlib

 23:04 13.07.2021     257

Türkiyəli müğənni Aylin Coşkun 2 ildir evli olduğu Volkan Aslanla uşaq sahibi olmaq istədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, müğənni süni mayalanmaya baş vurduqlarını və müalicə olunduğu müddətdə 16 kiloqram aldığını bildirib:

"Olmur, hazırda çalışırıq, 16 kilo aldım. Hər kəsdən dua etməsini xahiş edirəm. Müalicələr davam edir. Xərçəng xəstələri ilə eyni streslə gedirmiş süni mayalanma müalicəsi. 1,5 ildir çalışıram".

Aylin ana ola bilməyəcəyi təqdirdə 10 pişik alacağını söyləyib.

Qeyd edək ki, 44 yaşlı müğənni 17 illik sevgisi Volkan Aslanla iki il əvvəl ailə həyatı qurub. //Axşam.az