"Mənim bədən quruluşumu müzakirə edənlər gecikib" - ROZA ZƏRGƏRLİ

"Deyirlər qabırğasın çıxartdırıb, filan yerin böyütdürüb. Əgər liposaksiyadan başqa, əməliyyatımı sübut edənə 10 min verirəm. Niyə bir adam çıxmır? Səhhətimlə bağlı bıçaq altına yatmışam. Liposaksiyada səhhətim üçün idi".
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "10-da görüşək" verilişində deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə cavab verib:
"Səhər evdə hündürdaban geyindim, sonra götürdüm əlimdə gətirdim ki, efirdə geyinim. Amma ayağım şişdi, geyinə bilmədim. Çünki ayağımda problem var. Köhnə videolarıma baxsanız 69 kiloqram olduğumu görərsiz. Hormonal dərmanlar içirdim, əvvəl arıqlatdı. Onu kəsən kimi kökəldim. Plastik əməliyyat etdirəndə deyirəm. Çıxıram İnstaqramda paylaşıram, həkimimə təşəkkür edirəm. Mənim bədən quruluşumu müzakirə edənlər gecikib". //Moderator.az.