Nadir Qafarzadənin oğlu nişanlanıb

 22:29 14.07.2021     345

Müğənni Nadir Qafarzadənin böyük oğlu Loğman bu gün nişanlanıb.

Redaktor.az xəbər verir ki, xəbər verir ki, ifaçının oğlu 4 ildir sevib-seçdiyi xanımla Məhərrəm ayından sonra evlənməyə hazırlaşır.

Loğman nişanlandığı qızı özü sevib, bəyənib. Yəni nə N.Qafarzadənin qohumu, nə də ailəvi tanışıdır.

Qeyd edək ki, Sevinc adlı xanımla evli olan N.Qafarzadənin Əziz adlı bir oğlu da var. Əziz Rusiyada müğənniliyə başlayıb. //Lent.az.