Məşhur prodüser boşandı - 20 MİLYON TƏZMİNAT

 05:28 15.07.2021     278

Bir çox qadını təcavüz və cinsi zorakılığa məruz qoymaqda təqsirləndirilən Hollivud prodüseri Harvey Vaynşteyn həyat yoldaşı Corcina Çapman ilə boşanıb.  

Redaktor.az xəbər verir ki, gizli saxlanılan boşanmanın ardından Harveyin Çapmana nə qədər təzminat ödəyəcəyi bilinməsə də öncədən imzaladıqları nikah müqaviləsinin detalları ortaya çıxıb.

2007-ci ildə evlənən cütlüyün 2 övladı var. Boşanma prosesi 2018-ci ilin yanvar ayında başlayıb. Hazırda həbsdə olan prodüser məhkəməyə qatılmayıb. Çapman Harveydən 15 ilə 20 milyon dollar arasında təzminat və uşaqlarının qəyyumluğunu istəyir.

Cütlüyün nikah öncəsi razılığına görə Harvey Çapmana hər evlilik ili üçün ona dəstək olaraq 300 min dollar ödəməli idi. 10 ildən sonra ödəmə miqdarı 400 min dollara çatır və məbləğ vaxtında öyrənilir.

Eyni zamanda Çapman bu müqavilə ilə 15 milyon dollarlıq "West Village" malikanəsinin və 12 milyon dollarlıq "Hamptons" çimərlik evi kimi bəzi ailə varlıqlarını və digər ödənişləri də sığortalayıb.

Məhkəmədə xüsusi uçuşlar üçün ödənişlər, çeklər, "Vogue" məqalələri, müttəhimin xeyriyyəçiliyini sənədləşdirən məqalələr və girov vəsaitlərinin alınması kimi maddələr də səsləndirilib.

Qeyd edək ki, təcavüz etdiyi qadınlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisaların da olduğu prodüser 23 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda ondan zərərçəkən qadınlara müxtəlif məbləğlərdə təzminat ödəməsi tələb olunub.

Keçmiş həyat yoldaşının adı təcavüz olaylarında hallandığından bəri onunla yollarını ayıran Çapman isə son iki ildir məşhur aktyor Edrian Broudi ilə münasibətdədir. //Axşam.az.