Anar Ağakişiyev yaxta alıb?

 22:52 15.07.2021     474

Məşhur stilist Anar Ağakişiyev yaxta alması ilə bağlı xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, uzun müddətdir İstanbula köçən Ağakişiyev yaxta ilə istirahətə yollanıb. O bildirib ki, yaxtanı satın almayıb, onu kirayə götürüb.

Anar yaxtadan görüntülərini İnstaqram səhifəsində yayımlayıb. "Belə gözəl gün üçün Allaha təşəkkür edirəm. Yazırlar ki, yaxta almışınız? Yox, kirayə götürmüşəm" deyə, o, bildirib.

Qeyd edək ki, Anar bir müddət əvvəl İstanbuldan ev də almışdı. Stilist eyni zamanda orada çalışır. //Axşam.az