Azərbaycanlı müğənni ata olub - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) ata olub.
Redaktor.az xəbər verir ki, sənətçi bu haqda şəxsi ”Instagram” hesabında bildirib.
Bahh Tee yeni doğulan övladı ilə fotosunu paylaşaraq “Ata” sözünü yazıb.
Müğənnini valideyn olması münasibətilə təbrik edənlər arasında yerli şou-biznes nümayəndələri də olub. Onun paylaşımına 125 min bəyənmə gəlib.
Qeyd edək ki, Bahh Tee 2016-cı ildə Fərqanə Həsənova adlı xanımla ailə həyatı qurub. //BAKU.WS


