Məşhur aktyor kosmosa uçmaq istəyir

 22:20 17.07.2021     483

Həmkarı Mila Kunislə evli olan aktyor Eşton Katçer kosmosa uçmağı planlaşdırdığını, ancaq gedə bilmədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, 43 yaşlı aktyor Riçard Bransonun "Virgin Galactic" şirkəti ilə planlaşdırdığı bu səyahətə həyat yoldaşının mane olduğunu bildirib. Kunis övladları olduğunu ona xatırladaraq bu səyahətə əngəl olub.

Katçer aldığı qərarın ağıllı olmadığının fərqinə vardığını söyləyib:

"Biletim vardı, amma sonra onu satmalı oldum. Kosmosa getmək ailəm üçün ağıllı qərar deyildi. Nəticədə azyaşlı övladlarım var".

Bütün bunlara baxmayaraq aktyor ömrünün bir mərhələsində kosmosa səyahət edəcəyini vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə evlənən cütlüyün Vyat İzabel adlı qızı və Dimitri Portvud adlı oğlu var. //Axşam.az