"Yas saxlayıram, heç bir toya getmirəm"- ƏMƏKDAR ARTİST

 06:38 18.07.2021     426

"Müharibə başlayandan dedim ki, bu ilin sentyabrın 27-nə qədər heç bir verilişə qatılmayacam. Şəhidlərimiz üçün 1 il yas saxlayacam. Elə də edirəm, proqramlara getmirəm".

Redaktor.az xəbər verir ki, bu sözləri açıqlamasında Əməkdar artist mehriban Xanlarova deyib. Aktrisa bir neçə aydır proqramlara qatılmamasının səbəbini açıqlayıb:

"Müharibədən yeni çıxmış və üç mindən çox şəhidi, yaralı qaziləri olan xalqa bu həssas dönəmlərdə biz sənət adamlarının verlişə çıxmağı önəmli deyil. Verilişlərə çıxmalıdır bizlər üçün qolunu, ayağını, gözünü qurban verən qazilərimiz və şəhid ailələrimiz. Onların haqqında verilişlər təşkil etməlidirlər ki, gənc nəsil öz qəhramanlarını tanıya bilsin. Efirdə bunlar verilməlidir.

Sosial şəbəkələrdə fikir verirəm, bəzi insanlar mənim seriala çəkilməyimi, verilişlərə çıxmayacağım sözü ilə səhv salıblar. Mən sarialda öz sənət fəaliyyətimi dəvam etdirirəm. Filim və seriallara biz aktyor və aktrisalardan başqa heç kim gəlib çəkilə bilməz axı... Ən əsası isə mən dram aktrisasıyam. Canlandırdığım obrazlar dramdır. Onlarda əyləncəli heç nə yoxdur. Bu ay sənəd dostlarım və tanışlarım tərəfindən çox sayda toya dəvət almışam, amma getməyəcəyəm. Nəmərimi göndərib, üzrxahlıq edirəm. Çünki şəhidlərimizə bir il yas saxlayacağımı demişəm, məhz buna görə də iştirak etmirəm. Bu mənim şəxsi qərarımdır. Mən özümə cavabdehəm. Heç kimin şəxsi işinə müdaxilə etmirəm". //Axşam.az