"Açıq-saçıq paltarlarıma görə çox peşmanam" - MİNA HÜSEYN

 23:35 19.07.2021     395

Bir müddət əvvəl açıq-saçıq geyimləri ilə gündəm olan müğənni Mina Hüseyn açıqlaması ilə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, aparıcı Vüqar Kamiloğlunun "Youtube" layihəsinə qonaq olan sənətçi, bu geyimlərə görə böyük peşmanlıq keçirdiyini etiraf edib:

"Mənə çoxsaylı tənqidi şərhlər yazırlar. O açıq-saçıq paltarlarıma görə çox peşmanam. Çünki mən sənətə gəlməzdən əvvəl də elə geyinmirdim. Sadəcə istədim ki, gündəm olsun, insanların mənə marağı artsın. Amma gözlədiyimin tam əksi oldu. Tənqidlərə məruz qaldım. //BAKU.WS