Keçmiş cangüdən Britni haqda gözlənilməz etiraflar edib

 21:19 20.07.2021     426

39 yaşlı müğənni Britni Spirsin məhkəmə işi ilə bağlı söz-söhbətlər bitmək bilmir.

Redaktor.az xəbər verir ki, bu dəfə ifaçının keçmiş cangüdəni danışıb. Keçmiş polis işçisi, 40 yaşlı Fernando Flores "The Sun"a açıqlama verib. Flores söhbət zamanı Britni ilə işlədiyi ərəfədə yaşananları etiraf edib.

"Hər həftə bir qadın gəlirdi və Spirsə psixi pozğunluq yaradan dərmanlar verirdi. Onlar arasında çox ağırları da var. Guya bunları onun əsəbləri sakitləşsin deyə verirdi. Amma elə deyildi. Əsəb sistemini məhv edib, onu özündən çıxarırdı. Eyni zamanda onun hamilə qalmaması üçün dərmanlar verilirdi" deyə, cangüdən bildirib.

Keçmiş polis işçisi Britninin ciddi nəzarətdə saxlanıldığını deyib. O bildirib ki, ifaçını ziyarətə gələn hər kəsin çantası yoxlanılırmış:

"Atası gündə neçə dəfə zəng edib maraqlanırdı. Hətta onun telefonuna da nəzarət edirdi. Əgər Britni nəsə istəyirdisə, əvvəlcə atasından icazə alınmalı idi. O, bikef olanda Ceyms Braunun "It's A Man's World" mahnısına qulaq asıb ağlayırdı. Bütün gününü idman otağında və ya televizora baxaraq keçirirdi". //Axşam.az