Flora Kərimova qızı haqda söz-söhbətə son qoyub

 02:03 21.07.2021     641

Xalq artisti Flora Kərimova qızının ikinci dəfə ailə qurması ilə bağlı söz-söhbətə son qoyub.

Redaktor.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində Zümrüdün əcnəbi ilə ailə qurması məlumatlarından danışıb. O, ünvanına yazılan tənqidlərə cavab verib:

"Kürəkənim azərbaycanlıdır. Məni qınayırlar ki, qızı xariciyə ərə verib. Yox... 13 yaşımdan əl-ayağımı yeyirlər. Əl çəkin. Öz qismətimi yaşayıram. Allah mənə də bir qismət verib. Həyat payım budur. Bəlkə bir həftə sonra məni ağlayacaqsınız. Ayıb olsun. Necə diliniz gəlir danışır, yozursunuz". //Axşam.az