Seda Sayan Alişana görə konsertlərini təxirə salıb

 00:19 23.07.2021     361

Türkiyəli müğənni Seda Sayan həmkarı Alişanın qardaşı Selçuk vəfat etdiyi üçün konsertlərini təxirə salıb.

Redaktor.az xəbər verir ki, sənətçi "Avqustun ortasına kimi səhnəyə çıxmayacağam. İçimdən gəlmir, bu məsələdə məni anlayış ilə qarşılamağınızı istəyirəm" deyə, sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, Alişanın qardaşı koronavirusdan vəfat edib. //Axşam.az