"Övladımın dünyaya gəlməsinin qarşısını aldılar" - ZÜMRÜD BƏDƏLOVA

 07:48 28.07.2021     6502

"Ad çəkə bilmirəm. Nə olursa olsun, övladım bu verilişə baxacaq. Amma heç bir qadın ailəsinin dağılmasını istəməz. Ya orada 3-cü şəxslər var, ya da ki... Mənim həyatımda isə 4-cü, 5-ci, 6-cı şəxsləri saysan bitməz".

Redaktor.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova "Onun sirri" verilişində deyib. O, ailəsinin dağıdan şəxsin adını gizli saxlamağa üstünlük verib:

"Elə mənim yaxınlarımın, keçmiş həyat yoldaşımın yaxınlarının, hər kəsin istəyi, əməlləri, pis niyyətləriylə, bilmirəm nəyə görəsə bu ailəni dağıtmaq istəyi və mübarizəsi ilə biz ayrıldıq. Kağızda yazılan insanın əslində adını çəkərəm, amma bu verilişə mənim övladım baxır. Uşağım bu insanın xətrini çox istəyir. Ona görə də, bu suala cavab verə bilmərəm. Amma bircə onu bilin ki, əgər sizin pisliyinizi kimsə düşünürsə, düşünməsi belə kifayət edir. Sən təmizsənsə, o gəlib səni tutur. O pis niyyətlərin, duaların, qarğışların hamısı məni tutdu. Mən heç kimə heç nə etməmişdim. Sakitcə ailə qurub, buralardan getmişdim. Bu insanlar mənim ikinci övladımın dünyaya gəlməsinin qarşısını aldılar. Onlar təkcə mənim yox, həyat yoldaşımın da həyatını məhv etdilər". //Axşam.az