Çılpaq şəklinə görə 150 min təzminat istəyir

 02:26 27.08.2021     536

Amerikalı Spenser Elden adlı şəxs "Nirvana" qrupunu məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, buna səbəb isə Spenserin uşaqlıq dövründə çəkilən çılpaq fotosunun qrupun "Nevermind" adlı albomunun üz qabığına yer alması olub.  O, cinsi istismar, uşaq pornoqrafiyası ittihamı ilə məhkəməyə müraciət edib və valideynlərinin onun fotosundan istifadə edilməsinə razılıq vermədiyini bildirib.

30 yaşlı Spenser 4 aylığında çəkilən fotosuna görə qrupun sağ qalan üzvlərindən 150 min dollar (təxminən 255 min manat) təzminat tələb edir. //Axşam.az

Vumart və Güvən reklamı Vumart Güvən