Könül Kərimova koronavirusa yoluxub

 14:41 28.08.2021     685

Əməkdar artist Könül Kərimova koronovirus infeksiyasına yoluxub.

Redaktor.az xəbər verir ki, müğənni xəstəliyi ağır keçirtdiyini bildirib:

"Allaha şükür, sağ-salamatam. 16 gündür evdə Covid-19 xəstəliyindən yatırdım. Ciddiyə almadığıma görə məndən də yan keçmədi. Ölümlə üz-üzə qaldım. İndi yaxşıyam, həkimlər məni həyata qaytardı".