Xanlarova ailəsində ağır itki

 11:18 30.08.2021     1511

"Koronavirusa qardaşımın həyat yoldaşı yoluxmuşdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək, dünyasını dəyişdi".

Redaktor.az xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib.

O bu ağır itkisindən danışaraq insanları vaksin olunmağa dəvət edib. Belə ki, sənətçi vətəndaşları "internetdə yayılan miflərə, yalan məlumatlara inanmamağa" çağırıb.

"Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə, bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər", - o əlavə edib.

Qeyd edək ki, M.Xanlarova Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızıdır. //Ölkə.az