Əməkdar artisti koronavirusdan vəfat etdi - FOTO

 13:05 30.08.2021     830

Dağıstanın Lezginka Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib.

"Mutay Xadulayev koronavirusa yoluxdu və vəfat etdi. Elə bu yaxınlarda, may ayında 80 yaşı tamam olmuşdu", - deyə nazir bildirib. //Qafqazinfo.az

Azərbaycanın Əməkdar artisti koronavirusdan vəfat etdi - FOTO