TV-lər Xoşqədəm Hidayətqızını efirə buraxmır... - QADAĞA QOYULUB?

 16:17 30.08.2021     518

“Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV ilə yollarını ayırandan sonra işsiz qalıb.

Redaktor.az xəbər verir ki, komandası ilə birlikdə “Xəzər”i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.

Onun ARB-yə keçəcəyilə bağlı xəbərlər yayılsa da, sonradan həmin informasiya təkzib olundu. Məlumatlara görə, ona Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz Əkbər bu təklifdən imtina etdiyi üçün aparıcının ARB-yə keçidi baş tutmayıb.

Məlumata görə, “Səni axtarıram”ın "Space TV" və "Real TV"-də  yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi əməkdaşlıqdan imtina ediblər. //Yenisabah.az

Vumart və Güvən reklamı Vumart Güvən