Müğənni Doğuş ölümdən dönüb

 09:05 31.08.2021     302

Türkiyənin populyar müğənnilərindən olan Doğuş ölüm təhlükəsilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

İfaçı ailəsilə birlikdə gəmiylə gəzintiyə çıxıb.

Oksigen balonu olmadan dərinliyə dalan Doğuşun bir müddət üzə çıxmadığını görən gəmi kapitanı suya atılaraq, məşhuru xilas edib.

Müğənni hər ehtimala qarşı xəstəxanaya yerləşdirilib. Onun səhhətində ciddi problemin olmadığı bildirilib.