Məşhur türk aktyoru Ferhan Şensoy vəfat edib

 10:41 31.08.2021     167

Türkiyə teatr və kino aktyoru Ferhan Şensoy 70 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Redaktor.az xəbər verir ki, aktyor iyul ayından xəstəxanada müalicə olunurdu.

F.Şensoy 1951-ci ildə Samsunda anadan olub. Teatr aktyoru kimi tanınan F.Şensoy bir çox film və seriallarda da rol alıb. //APA