Aygünlə Namiq Moskvada bir arada - VİDEO

 00:17 01.09.2021     283

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəlib.

Redaktor.az xəbər verir ki, ifaçılar Moskvada toy məclisinə qatılıblar. Aygün və Namiq birlikdə məşhur "Dözmədi qəlbim" duetlərini səsləndiriblər.

Sənətçilərin məclisdən görüntüləri sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Aygünlə Namiq illərlə küsülü olub. Onlar yalnız məclislərə dəvət olunanda bir araya gəlirlər. //Axşam.az