Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? -

 16:15 02.09.2021     471

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür.

Redaktor.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub.

X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasında videonun bu gün lentə alındığını təsdiqləyib.

Qeyd edək ki, S.Səmədov iyulun 24-də 74 yaşında koronovirus infeksiyasından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn edilib. //Axşam.az