Məşhur aktrisa və müğənni koronavirusa YOLUXDU

 18:43 02.09.2021     546

Türkiyəli məşhur aktrisa və müğənni Dəfnə Samyeli koronavirusa yoluxub. 

Redaktor.az bildirir ki, bu haqda aktrisa özü paylaşım edib. 

Hazırda səhhətində ciddi problem olmadığını bildirən Dəfnə onunla yaxın günlərdə ünsiyyətdə olan, şəkil çəkdirən hər kəsdən test vermələrini xahiş edib.

Qeyd edək ki, müğənni iki gün sonraya nəzərdə tutulan konsert proqramını təxirə salıb.