Ancelina Colidən Bred Pittlə bağlı daha bir etiraf

 03:25 06.09.2021     702

Hollivud ulduzu Ancelina Coli keçmiş əri Bred Pittlə bağlı daha bir etiraf edib.

Redaktor.az xəbər verir ki, aktrisa ilk dəfə boşanmanın əsl səbəbini açıqlayıb. O bildirib ki, uzun müddət keçmiş əri ilə mübarizə aparıb. Hər zaman övladlarının təhlükəsizliyi onu narahat edib.

"The Guardian"a müsahibə verən Coli "Haqlarını bil və tələb et: gənclər üçün bələdçi" kitabından misal çəkib.

Jurnalistin Bredlə bağlı suallarını Ancelina cavabsız qoyub. O bildirib ki, məhkəmə davam etdiyi üçün bu haqda çox danışa bilmir. O, zorakılığa məruz qaldığını üstüörtülü vurğulayıb. //Axşam.az