Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

 17:42 11.09.2021     616

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb.

Redaktor.az xəbər verir ki, müğənni bu ahqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:

"Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var".

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni üç dəfə əməliyyat olunub. //Axşam.az