“Kim milyonçu olmaq istəyir?” şousunun musiqisinin müəllifi vəfat edib

 19:31 22.09.2021     2194

“Kim milyonçu olmaq istəyir?” şousunun musiqisinin müəllifi, britaniyalı bəstəkar Mettyu Strekan vəfat edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, 50 yaşlı bəstəkar evində ölü tapılıb.

Strekan “Kim milyonçu olmaq istəyir?” şousuna yazdığı saundtrəkə görə, Amerika Bəstəkarlar və müəlliflər Cəmiyyətinin mükafatını qazanıb. //APA