Misirli nişanlısından Şeymaya 480 minlik hədiyyə - FOTO

 23:17 25.09.2021     3257

Sosial şəbəkə fenomeni Şeyma Subaşıya misirli nişanlısı Mohammed Alsaloussinin aldığı növbəti bahalı aksesuar müzakirə mövzusu olub.

Redaktor.az xəbər verir ki, Şeyma misirli sevgilisi ilə fotolarını instaqram hesabında paylaşıb. Şəkillərdə Şeymanın taxdığı yeni bəzək əşyası diqqətdən yayınmayıb.

İzləyicilər sırf boyunbağını göstərmək üçün şəkillər paydaşdığını qeyd edərək Şeymanın ünvanına "Boyunbağımı necə göstərim fotosu", "Sevgilim yeni bəzək əşyası almışdır", "Təbii ki, də boyunbağını göstərmək üçün paylaşıb" kimi şərhlər yazıblar.

Qeyd edək ki, brilliant boyunbağının qiyməti 480 min dollardır.