Boşanmanın əsl səbəbi nə olub?

 20:10 26.09.2021     4187

Ötən ilin sonunda Polina Qaqarina 6 illik əri Dmitri İshakovla boşanıb. Onlar ayrılıq səbəblərini isə gizli saxlamaq qərarına gəliblər.

Redaktor.az xəbər verir ki, yaxınları Dmitrinin hələ də bu ayrılığa alışmadığını, arvadı üçün darıxdığını, depressiyada olduğunu açıqlayıb.

Dmitri qızı Miyeni də məhkəmə qərarına əsasən yox, Polina istəyən zaman görür. Mənbə bildirib ki, İshakov özünü anasını istəyən balaca oğlan uşağı kimi aparır. Polinanın hər zaman psixoloji cəhətdən Dmitridən güclü olması kişini belə zəif edib.

"Onlar eyni deyillər, buna görə də Polina ayrılıb. Burada məsələ təkcə maddi güc deyil. Onların enerjisi də uyğun olmayıb. Dmitri tez-tez pis olduğundan, ayrılığı ağır keçirdiyindən gileylənir. Polina isə heç vaxt zəif olduğunu göstərməyib. Elə Dmitrinin ruhən zəif olması da boşanmaya səbəbdir" deyə, yazıda qeyd edilib //Axşam.az