"Yaprak dökümü"nün Sədəfi illər sonra - FOTO

 23:55 26.09.2021     4729

Aktrisa Seda Demir "Yaprak dökümü" serialındakı Sədəf obrazı ilə tamaşaçılara tanışdır. 7 ildir efirdən uzq olan Seda bu dəfə teatrda fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, aktrisa sənətdən uzaqlaşmasına səbəb təhsili olduğunu bildirib.

"Yaprak dökümü" ilə həyatım dəyişdi. Həmin ərəfədə serial aktyorları çox tanınmırdılar. Qərar vermişdim ki, əgər serial ilk mövsüm final edərsə, öz karyeramı quracam. Amma bir neçə bölümdən sonra tanındığımı gördüm. Beş mövsüm çəkildim" deyə, Seda söyləyib.

Ötən dekabrda Tamer Buğdaycı ilə ailə quran aktrisa İstanbulda yaşayır. 38 yaşındakı Seda hazırda teatra vaxt ayırdığını bildirib.

Demir "Survivor" yarışmasına qatılmasından da bəhs edib. "2017-ci ildə "Survivor"a getdim. Həyatda bir dəfə ediləcək bir şeydir. O an ora getmək istədim və getdim. Oradan qayıdan da isə insanlar mənə "Sən çox əsəbisən" dedi. Elə biri deyiləm, məni yanlış tanıdırlar. Ora getməyimə peşman olmadım" deyə, əlavə edib. //Axşam.az