Nazpəri Dostəliyeva oğlunun məzarı başında ŞEİR DEDİ - VİDEO

 11:48 07.10.2021     3793

ATV-nin yeni layihəsi “1 dəqiqə” proqramının ilk qonağı Xalq artisti Nazpəri Dostəliyeva olub.

Redaktor.az
xəbər verir ki, oğlunun ölümündən sonra ilk dəfə efirə çıxan Xalq artisti, keçirdiyi ağır günlərdən danışıb.

“O, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. Son vaxtlar çox həyəcanlanırdı. Bunları məndən gizlədirdi. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Mən onu basdım sinəmə. Dedi ki, sən güclü qadınsan, sən sənətkarsan, heç vaxt əyilmə. Mən heç nə anlamırdım. Elə baxırdım ona. Heç birimiz başa düşmədik ki, Əli, son sözlərini dedi”.

Nazpəri Dostəliyeva oğlunun məzarına gedərək kədərli şeir səsləndirib:

Sənsiz unutmuşam vaxtı, zamanı,
Yanır ürəyimin başı hardasan?
Ahımla titrədib mən bu cahanı,
Qurumur gözümün yaşı hardasan?