Vüsalə Əlizadənin verilişi efirdə yarıda saxlanıldı

 05:41 19.01.2022     769

Azad Azərbaycan televiziyasında aparıcı Vüsalə Əlizadənin təqdimatı ilə yayımlanan "7 Canlı" verilişi qəfil yayımı dayandırıb.

Redaktor.az xəbər verir ki, həftə içi hər gün 19:00-20:30 aralığında yayımlanan veriliş bu gün 19:21-də reklam fasiləsi verib. Reklamlardan sonra veriliş davam etməyib.

Verilişin instaqram səhifəsindən bugünkü buraxılışın anonsu da silinib.

"7 Canlı" verilişinin hansı səbəbdən dayanması hələlik məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən