Məşhur aktyor vəfat etdi
Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov dünyasını dəyişib.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aktyor 90 yaşında vəfat edib.
Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan Respublikasının Qasımkənd rayonunda anadan olub.
Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub.
O, Azərbaycan kinosunda “1001-ci qastrol”, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm, bağışla” filmlərində maraqlı obrazlar yaradıb.