Röyanın qardaşı türkiyəli xanımla nişanlandı 

 09:38 26.01.2022     546

Xalq artisti Röya Ayxanın ailəsində xoş gün yaşanıb.

Redaktor.az xəbər verir ki, müğənninin qardaşı İsmayıl Nəcəfov nişanlanıb.

O, Cansu adlı türkiyəli xanımla ailə həyatı qurmağa hazırlaşır.

“Cansu, xoş gəldin” - nişan mərasimindən instaqram hesabında video paylaşan Röya yazıb.

Qeyd edək ki, Xalq artistinin İsmayıldan başqa Ayxan adlı bir qardaşı, Rüsalə adlı bacısı da var.

Vumart və Güvən reklamı Vumart Güvən