Sərdar Ortaç vəsiyyətini açıqladı

 02:23 14.02.2022     466

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç ötən axşam Kiprdə verdiyi konsertində vəsiyətini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Ortaç hələ vəsiyyətnaməsini yazmadığını, şifahi olaraq vəkillərinə çatdırdığını deyib.

"Buradan səslənirəm, vəsiyyətim qeydə alınsın. 40 milyon lirəlik evim var. Mən öləndən sonra istəyirəm ki, evin satışından qardaşlarıma, bütün işçilərimə və orkestrimə pay verilsin. Bir hissəsinin də Məhmətcik vəqfinə və şəhidlərə paylanmasını istəyirəm", - müğənni bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən