Dünya ulduzları Ukrayna üçün pul topladılar

 11:33 30.03.2022     449

Martın 29-da Böyük Britaniyada dünyanın pop-ulduzlarının iştirakı ilə xeyriyyə konserti təşkil olunub.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, konsert zamanı Ukraynaya yardım üçün 16 milyon dollar toplanılıb.

Konsertdə Ed Şiran, Kamila Kabelo, Nayl Rocers, Emeli Sande və digər məşhur musiqiçilər qatılıblar. Konsertə təxminən 8 min insan bilet alıb. Milyonlarla insan isə televiziya vasitəsilə konserti izləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən