Məşhur aparıcı müğənnidən AYRILDI

 21:01 09.04.2022     436

Aparıcı Vüsalə Kərimova müğənni Yaşar Cəlilov ilə işbirliyinə son qoyub.

Redaktor.az xəbər verir ki, Vüsalə Kərimova bu haqda İnstaqram hesabında məlumat verib:

"Həyatda hər şeyin bir sonu varmış...Təəssüf ki, bəzən səbəbsiz olsa da yollar haçalanmağa məruz qalır. Mən həyatıma seçdiyim insanların dəyərini bilirəm. Yaşar Cəlilov, səninlə uzun bir yol gəldik, birlikdə ağladıq, birlikdə güldük. Acılı, şirinli yaşadığımız çox şey oldu. Hər kəsin ürəyindəkini Allah bilir. Birlikdə keçən 11 ilin bəlkə də bir ilini mehriban olmadıq. Həmişə dalaşdıq, bir-birimizin sözü boğazımızdan keçmədi. Məncə dur deməyin zamanı gəldi. Sən yoluna davam et, çalış, yolun açıq olsun. Çalış yaşadığın boyu kimsənin ruhunu incitmə!".