Maskın sərvəti 29 milyard dollar azaldı

 16:23 27.04.2022     328

Amerikalı milyarder İlon Mask tviter sosial şəbəkəsini aldığını elan etdikdən bir gün sonra sərvəti 29 milyard dollar azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Forbes” yayıb.

Milyarderin sərvəti 10,83% azalıb, yəni 268 milyard dollardan 239,2 milyard dollara enib. Buna səbəb isə “Tesla” şirkətinin səhmlərinin dəyərinin 12% ucuzlaşması olub. Şirkətin səhmlərinin ucuzlaşması isə Maskın tviterə olan marağının son zamanlar “Tesla” səhmdarları arasında narahatlıq yaratması ilə izah olunub.

Bununla belə, İlon Mask əvvəlki kimi dünyanın ən varlı insanı olaraq qalır.