Ledi Qaqa rusiyalıları “axmaq” adlandırdı - VİDEO

 12:48 30.04.2022     1094

Amerikalı ulduz müğənni Ledi Qaqa rusiyalıları “axmaq” adlandırıb.

Redaktor.az xəbər verir ki, Ledi Qaqa bu barədə Los-Ancelesdə çıxışı zamanı danışıb. O, bu zaman pərəstişkarları ilə söhbət edib, özünün Rusiyaya səfərlərini xatırlayıb.

L. Qaqanın konsertdən olan videosu isə tviterdə paylaşılıb. 

“Onlar Rusiyada məni hələ əllərində imkan varkən həbs etməli idilər. Onlara dedim ki, əllərimi qandallayın, mən müşayiətçilərim ilə gəlmişəm. Onlar o zaman necə axmaq idilərsə, elə də qalıblar”, - deyə müğənni söyləyib. 

Ulduz müğənninin bu sözləri sosial şəbəkələrin Rusiya seqmentində istifadəçilər arasında narazılıq doğurub.

Məlumata görə, Leqi Qaqa burada özünün 2012-ci ildə Rusiyadakı konsertindən bəhs edir. O, bu zaman səhnədə LGBT icmasına dəstək nitqi səsləndirib və buna görə onu həbs etməyi təklif edib. Belə ki, bundan bir qədər əvvəl Rusiyada azyaşlılar arasında LGBT-nin təbliğatını qadağan edən qanun qəbul edilib. Bu zaman müğənni həbs edilməsə də, Dövlət Dumasının deputatı Vitaliy Milonovun təşəbbüsü ilə yoxlamalar başlayıb. Bununla yanaşı, Ledi Qaqa hələ 2009-cu ildə Qırmızı Meydanda yarıçılpaq vəziyyətdə gəzdiyinə görə həbs olunmaq üzrə olub.