​​​​​​​Tanınmış prodüser yenə saxlanıldı - VİDEO

 21:59 11.05.2022     687

Tanınmış prodüser Təranə Səmədova bu gün polis tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində məlumat verib.

O, bidirib ki, prodüser polisə müqavimət göstərdiyi üçün saxlanılıb. 

L.Azərtaş qeyd edib ki, T.Səmədovayla danışıb və prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.