Eurovisionda fırıldaq - Azərbaycanın səsi Ukraynaya deyil Böyük Britaniyaya yazıldı

 09:27 15.05.2022     203

“Biz 12 xalı münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən müsabiqənin gedişatında canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.

Redaktor.az xəbər verir ki, bunu “Avroviziya 2022” mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.

Salmanova vurğulayıb ki, canlı bağlantıya qoşulmamağın səbəbi də onların tərəfindən deyil, təşkilatçıların ucbatından olub.